Bizim komandamız

 

sOrxan Yolçuyev   Mərkəzin həmtəsisçisi və direktorudur. O, geniş təcrübəyə malik tarixçi və beynəlxalq jurnalistdir. Siyasət, mədəniyyət, iqtisadiyyat, tarix və sdigər mövzularda bir neçə məqalə və müsahibənin müəllifidir. O, xaricdə siyasi müşahidəçi və müxbir kimi əsas Azərbaycan və Rusiyanın nəşrlərində çalışıb. O, sAzərbaycan Prezidentinin jurnalistlər qrupunun üzvü olub və media agentlikləri üçün rəqəmsal platformaların hazırlanmasına rəhbərlik edib.

 

 

 

sMiri Bağırov — Mərkəzin direktor müavini və həmtəsisçisidir. Mərkəzin analitik fəaliyyətinin strateji istiqamətini müəyyənləşdirir və əsas layihələr üzrə ekspert smüşayiətini təmin edir. Analitik materialların hazırlanmasına və tərəfdaşlar və müştərilər üçün strateji tövsiyələrin işlənib hazırlanmasına kuratorluq edir. sBeynəlxalq münasibətlər və dövlətlərarası proseslər üzrə ekspertdir.

 

 

Nərgiz Məmmədova - Analitik və beynəlxalq münasibətlər üzrə mütəxəssisdir. Onun əsas tədqiqatı Cənubi Qafqaz, Aİ və Böyük Britaniya siyasətinə yönəlib. Hazırda Nərgiz süni intellektin beynəlxalq münasibətlərdə tətbiqini fəal şəkildə öyrənir, onun qlobal siyasətə təsirini və perspektivlərini araşdırır.

 

 

 

 

CASPIA Mərkəzinin Fəxri Ekspertləri

 

M. Gökhan Özçubukçu 

Diplomatiya, beynəlxalq münasibətlər və geosiyasi analiz sahələrində fəaliyyət göstərən tədqiqatçı və analitikdir. O, Diplomatiya və Strateji Araşdırmalar Mərkəzinin (DASAM) prezidenti kimi beynəlxalq siyasət, Avrasiya geopolitikası, Türk dünyası, Türkiyənin xarici siyasəti, milliyyətçilik və kimlik nəzəriyyələri, eləcə də siyasi kommunikasiya sahələrində analitik tədqiqatlar aparır. Qarabağ məsələsi, Türkiyə–Azərbaycan münasibətləri, Şuşa Bəyannaməsi, Ermənistanın siyasi sistemi, BRICS ölkələrinin qlobal güc potensialı və Zəngəzur dəhlizi kimi mövzularda məqalə və analitik materialların müəllifidir. Müxtəlif beynəlxalq beyin mərkəzləri və strateji tədqiqat platformaları ilə əməkdaşlıq edir, akademik jurnalların elmi şuralarında təmsil olunur və beynəlxalq münasibətlər üzrə ekspert kimi televiziya proqramları, media və analitik platformalarda müntəzəm çıxışlar edir.

Vaxtanq Maisaya 

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dövlət idarəçiliyi üzrə magistr, USIA proqramının məzunu, Georgian Institute for Geostrategic and Euro-Atlantic Integration Studies analitik mərkəzinin sədri və Gürcüstanın Müstəqil Ekspertlər Klubunun üzvüdür. Gürcüstanın təhlükəsizlik və xarici siyasət institutlarında yüksək səviyyəli məsləhətçi vəzifələrində çalışmış, o cümlədən Prezidentin Qafqaz regional təhlükəsizliyi üzrə dövlət müşaviri, Müdafiə Nazirliyində baş müşavir və Gürcüstanın NATO yanında diplomatik missiyasında müşavir olmuşdur. Hazırda Caucasus International University-də magistr proqramının professoru, CIU-da “Qlobal siyasət və təhlükəsizlik tədqiqatları” üzrə magistr proqramının rəhbəri və professoru, Tbilisi Dövlət Universitetinin dəvətli professoru, həmçinin Polşa universitetlərində adjunkt professordur. Altı monoqrafiyanın və 200-dən çox elmi nəşrin müəllifi olmaqla, geosiyasət, təhlükəsizlik və beynəlxalq münasibətlər sahəsində 25 ildən artıq peşəkar təcrübəyə malikdir.

Adilbek Yermenbayev 

Beynəlxalq münasibətlər üzrə PhD dərəcəsinə malikdir. Elmi maraq sahələri Mərkəzi Asiya, Yaxın və Orta Şərq, Rusiya və Türkiyəni əhatə edir. Müxtəlif illərdə fakültə dekanının müavini, Gənclərlə İş üzrə Komitənin sədri və Sosial-Dini Risklər Mərkəzinin rəhbəri vəzifələrində çalışmışdır. 2020-ci ilin sentyabr ayından etibarən Əl-Fərabi adına Qazax Milli Universitetinin Beynəlxalq Münasibətlər və Dünya İqtisadiyyatı kafedrasında fəaliyyət göstərir. Mərkəzi Asiyada ən böyük analitik mərkəzlərdən biri hesab edilən Questioning Regional Affairs-ın təsisçisidir.

 

CASPIA Mərkəzinin Dəvətli Ekspertləri

 

ssLaszló Vasza — Beynəlxalq münasibətlər və geosiyasət üzrə mütəxəssisdir. Onun tədqiqatları Orta Asiya və Qafqaz siyasəti, kənd təsərrüfatı, təbii sərvətlər ssiqtisadiyyatı və ticarət siyasəti sahələrini əhatə edir.  O, həmçinin İqtisadiyyat və Sosial Elmlər Fakültəsində Beynəlxalq Əlaqələr üzrə prorektor vəzifəsində ssçalışmışdır. Hazırda İstvan Szeçeni Universitetinin elmi işçisidir. O, həmçinin Macarıstan və beynəlxalq qurumlarda doktorluq dissertasiyalarına rəhbərlik edir ssvə müxtəlif beynəlxalq və Macarıstanın akademik jurnallarının redaksiya heyətlərində çalışır. Dəvət olunmuş professor kimi bir neçə beynəlxalq akademik sstəşkilatın fəaliyyətində fəal iştirak edir.

 

 

 

ssRauf Ağamirzəyev  — Beynəlxalq nəqliyyat dəhlizləri və logistika sahəsində ixtisaslaşmış, regionda tranzit-logistika sistemlərinin inkişafı üzrə ekspertdir. ssAzərbaycanın strateji movqeyini nəzərə alaraq, Orta dəhliz, multimodal danışmalar, dəmir yolları və liman infrastrukturu layihələri üzrə dərin analitik ssaraşdırmalar aparır. Onun ekspert rəyləri və məqalələri negional nəqliyyat siyasətinin formalaşdırılmasına və Avrasiya logistika marşrutlarının sstəkmilləşdirilməsinə töhfə verir. R.Ağamirzəyev yerli və beynəlxalq mediada mütəmadi çıxışlar edərək, şəhər mobilliyi və ictimai nəqliyyat məsələlərini makro ssvə mikro səviyyədə qiymətləndirir. 

 

   Fuad Çıraqov  Beynəlxalq münasibətlər, müdafiə və təhlükəsizlik üzrə ixtisaslaşmış analitikdir. Çıraqov Bakı Dövlət Universitetində tarix üzrə bakalavr ssdərəcəsinə və ABŞ-da Bakı Dövlət Universiteti və Kolumbiya Universitetində beynəlxalq münasibətlər üzrə magistr dərəcəsinə malikdir. O, Azərbaycanın ssmüxtəlif universitetlərində mühazirələr oxuyub, ABŞ-ın xarici siyasəti və milli təhlükəsizliyi, eləcə də ABŞ-ın Cənubi Qafqazdakı siyasəti üzrə kurslar tədris ssedib.

 

 

 

ssİlyas Hüseynov — Siyasi elmlər üzrə fəlsəfə doktoru. 50-dən çox elmi məqalənin müəllifidir. Sosial Tədqiqatlar Mərkəzinin Daxili Siyasət Təhlili şöbəsinin ssmüdiridir. Bir neçə mühüm elmi məqalənin, analitik hesabatların və tədqiqatların müəllifidir. Hazırda Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya ssfakültəsinin Sosiologiya kafedrasında müəllimdir.

 

 

 

Toğrul Vəlixanlı — Tədqiqatçı, Bakı Slavyan Universitetinin Filologiya fakültəsində rus dili və ədəbiyyatı üzrə bakalavr dərəcəsi almışdır. Daha sonra Qahirə Universitetinin (Misir) Hüquq fakültəsində ikinci bakalavr dərəcəsi və Berlin Texniki Universitetinin (Almaniya) Avropa və Beynəlxalq Enerji Hüququ üzrə Biznes Hüququ magistri (MBL) dərəcəsi almışdır. Hal-hazırda Ankara Hacı Bayram Vəli Universitetində (Türkiyə) beynəlxalq münasibətlər üzrə doktorantura (PhD) təhsil alır. Onun elmi maraq dairəsinə Avropa enerji hüququ və siyasəti, arbitraj, Rusiyanın xarici siyasəti, Yaxın Şərq tədqiqatları, beynəlxalq hüquq və beynəlxalq münasibətlər daxildir.

 

 

Tamilla Məmmədova — Beynəlxalq siyasət və iqtisadiyyat sahəsində analitikdir. O, Cənubi Qafqaz üzrə tədqiqatlar, Azərbaycanın xarici iqtisadi əlaqələri, enerji siyasəti, eləcə də Avropa İttifaqı, Türkiyə və Körfəz ölkələri ilə əməkdaşlıq məsələləri üzrə ixtisaslaşıb. Analitik materiallar dərc edir, ekspert müsahibələri aparır və beynəlxalq gündəmin əsas hadisələrini şərh edir.

 

 

 

Ləman Nəzərova — Beynəlxalq siyasət  və dövlətlərarası münasibətlər üzrə analitikdir. Cənubi Qafqaz və Mərkəzi Asiyaya, eləcə də nəqliyyat və logistika dəhlizləri və onların regionun strateji arxitekturasına təsiri daxil olmaqla regional kommunikasiya layihələrinə diqqət yetirərək geosiyasi dinamika üzrə ixtisaslaşıb. Analitik materiallar dərc edir, ekspert müsahibələri aparır və regional və qlobal gündəmdəki əsas hadisələrə dair şərhlər verir.

 

ssElmira Əmiraslanova — Beynəlxalq münasibətlər sahəsində dəvət olunmuş ekspert və analitikdir. O, University College London (UCL) universitetini ssbakalavr dərəcəsi ilə bitirmişdir. Rusiya Federasiyasının Cənubi Qafqazdakı xarici siyasətinin, eləcə də regionda baş verən daha geniş geosiyasi proseslərin sstəhlili üzrə ixtisaslaşır. Analitik materiallar dərc edir, ekspert müsahibələri aparır və region üçün əhəmiyyətli əsas hadisələri şərh edir.

 

 

Əhməd İsayev — beynəlxalq münasibətlər və beynəlxalq siyasət üzrə tədqiqatçı, iqtisadi siyasət, biznesin inkişafı və investisiya təhlili sahələrində ixtisaslaşmaqla, idarəetmə, bazar dinamikası və institusional qərarvermə proseslərinin kəsişməsini araşdırır.

Əzim Rəhimov - Beynəlxalq münasibətlər və beynəlxalq siyasət üzrə mütəxəssisdir. Onun əsas ixtisas sahələrinə dövlət siyasəti və dövlət qurumları ilə ictimaiyyətlə əlaqələr daxildir.

Tamerlan Əlizadə — Rusiyanın xarici siyasəti üzrə ekspert. Rusiya Federasiyasının xarici siyasət qərarlarının təhlili, əsas beynəlxalq aktorlarla münasibətləri, eləcə də Rusiyanın xarici siyasətinin geosiyasi və iqtisadi nəticələrinin qiymətləndirilməsi üzrə ixtisaslaşmışdır. Analitik və məsləhətçi layihələr çərçivəsində bir sıra özəl konsernlər və beynəlxalq neft şirkətləri ilə əməkdaşlıq edir.

Səməd Səmədsoy —Beynəlxalq münaqişələr, hərbi və təhlükəsizlik üzrə ixtisaslaşmış müstəqil tədqiqatçı və analitikdir. Onun tədqiqatları postsovet dövlətlərinin hərbi-siyasi məsələlərinə, Rusiya-NATO münasibətlərinə və transatlantik təhlükəsizliyə yönəlib.