Təcrübə gənc analitiklərə beynəlxalq siyasətin əsas proseslərinin analitik hazırlanmasında və işıqlandırılmasında real iştirak imkanları yaradır. Proqram ali təhsil müəssisələrində təhsil alan gənc mütəxəssislərə öz elmi potensiallarını reallaşdırmaq imkanı verəcək.
Əsas vəzifələr:
-
Qısa analitik qeydlər yazmaq bacarığı, Mərkəzin elmi-tədqiqat, təhsil, nəşriyyat və informasiya layihələrində iştirak və fəaliyyət.
Prioritet istiqamətlər:
-
Cənubi Qafqazda münaqişələrin siyasi-iqtisadi aspektləri, Azərbaycanın postsovet ölkələri ilə münasibətləri, Mərkəzi Asiya ölkələrində geosiyasi proseslər, Şərqi Avropa ölkələrində, xüsusilə Ukrayna, Moldova və Belarusda mövcud vəziyyət.
-
Postsovet məkanında xalqların tarixi və etnoqrafiyası üzrə aktual mövzular.
Tələblər:
-
Beynəlxalq münasibətlər, tarix və etnoqrafiya sahələrində tədqiqatlara maraq;
-
Beynəlxalq münasibətlər, regionşünaslıq, şərqşünaslıq, jurnalistika, müasir tarix və ya politologiya üzrə bakalavriatın son kurs tələbəsi, magistrant və ya doktorant;
-
Azərbaycan və rus dillərini sərbəst bilmək;
-
Digər dillərin biliyi üstünlükdür;
-
Güclü kommunikasiya bacarıqları;
-
Məsuliyyətlilik və diqqətlilik;
-
Gərgin iş qrafikinə hazır olmaq.
Müraciət üçün tələb olunan sənədlər:
Xahiş edirik bütün sənədləri “Təcrübə” qeydi ilə info@caspia-lab.az elektron poçt ünvanına göndərəsiniz.