CASPIA Analitik Mərkəzi beynəlxalq münasibətlər, xarici siyasət, geosiyasət, tarix və etnoqrafiya üzrə aktual məsələlərlə çalışan gənc analitikləri əməkdaşlığa dəvət edir.
CASPIA postsovet məkanında, Cənubi Qafqazda və daha geniş Avrasiya kontekstində siyasi, sosial-iqtisadi və tarixi proseslərin təhlili üzrə ixtisaslaşmış müstəqil analitik mərkəzdir. Mərkəz peşəkar auditoriya üçün qısa, strukturlaşdırılmış və tətbiqi analitik materialların hazırlanmasına fokuslanır.
Biz beynəlxalq və regional prosesləri müstəqil şəkildə təhlil edə bilən, mənbələrlə işləməyi bacaran və aydın analitik nəticələr formalaşdıran namizədlərlə maraqlanırıq.
Namizədlər üçün tələblər
Gənc analitiklər (təxminən 23–30 yaş aralığında);
Beynəlxalq münasibətlər, politologiya, konfliktologiya, beynəlxalq iqtisadiyyat, tarix və ya əlaqəli sahələr üzrə ali təhsil (beynəlxalq münasibətlər və politologiya istiqamətləri üzrə humanitar universitetlərin məzunlarına üstünlük verilir)
Aktual beynəlxalq gündəm üzrə analitik məqalə, şərh və qısa icmallar hazırlamaq bacarığı
Analitik və tədqiqat məqsədləri üçün süni intellekt (AI) alətləri ilə işləmək üzrə baza biliklər
Azərbaycan və rus dillərini sərbəst bilmək (ingilis və digər xarici dilləri bilmək üstünlükdür)
İş formatı
Mərkəzin analitik və tədqiqat layihələrində iştirak, ekspert materiallarının hazırlanması, eləcə də seminarlar, dəyirmi masalar və ekspert müzakirələrinin təşkili prosesinə cəlb olunma.
Müraciət qaydası
Seçim prosesində iştirak etmək üçün CVməlumatlarınızinfo@caspia-lab.az elektron ünvanına “Karyera” qeydi ilə göndərilməlidir.