CASPIA Analitik Mərkəzinin direktoru Orxan Yolçuyev yeni yük lokomotivlərinin Azərbaycan üçün əhəmiyyəti barədə danışıb.
Orxan Yolçuyevin sözlərinə görə, yeni yük lokomotivlərinin istifadəyə verilməsi Azərbaycan Dəmir Yollarının manevr imkanlarının genişləndirilməsinə, yükdaşımaların daha səmərəli və fasiləsiz şəkildə həyata keçirilməsinə şərait yaradacaq.
O qeyd edib ki, böyük biznes üçün yük daşımalarında əsas meyar yalnız daha ucuz marşrutun seçilməsi deyil. Şirkətlər, ilk növbədə, stabil, etibarlı və proqnozlaşdırıla bilən marşrutlara üstünlük verirlər.
Orxan Yolçuyev bildirib ki, Azərbaycanın həyata keçirdiyi nəqliyyat və logistika layihələri, o cümlədən 7 yeni yük lokomotivinin gətirilməsi ölkənin regional tranzit imkanlarının gücləndirilməsinə xidmət edir. Bu layihələr Azərbaycanın beynəlxalq yükdaşımalarında tranzit ölkə və logistika habı kimi rolunun daha da artırılmasına imkan yaradacaq.
https://www.instagram.com/reel/Ddba0ckI69m/?stkn=ZXNoOTRwbW5jMndv