Əvvəllər STEM Lab kimi tanınan Strateji Araşdırmalar Mərkəzi zəngin təcrübə və parlaq uğurlarla dolu bir yol keçmiş, geosiyasət sahəsində əhəmiyyətli töhfələr vermişdir. İllər ərzində mərkəz Azərbaycan daxilində və beynəlxalq səviyyədə hörmətli və nüfuzlu analitik mərkəzlərdən birinə çevrilmiş, post-sovet məkanı, Cənubi Qafqaz və daha geniş beynəlxalq kontekstdə baş verən proseslər üzrə dərin və tərəfsiz qiymətləndirmələrin etibarlı mənbəyinə çevrilmişdir.
STEM Lab davamlı olaraq əməkdaşlıq körpüləri qurmuş, aparıcı tədqiqat institutları ilə memorandumlar imzalamış, yüksək səviyyəli nümayəndə heyətlərini qəbul etmiş və tarixən bağlı, lakin bəzən bürokratiya və məsafələr tərəfindən ayrı düşmüş ölkələr arasında canlı ekspert dialoqu üçün platforma olmuşdur. Mərkəz beynəlxalq konfranslar, dəyirmi masalar və ekspert görüşləri təşkil etmiş, müxtəlif baxışların toqquşması ilə yeni ideyalar yaranmasına və peşəkar əlaqələrin möhkəmlənməsinə şərait yaratmışdır.
Xüsusi qürur mənbəyi mərkəzin öz təhsil proqramlarıdır. Bu proqramlar gənc analitiklərin peşəkar inkişafına dəstək vermiş, müasir geosiyasət üzrə kurslar açmış, seminarlar təşkil etmiş və internlərə yalnız nəzəri bilik deyil, real iş təcrübəsi qazandırmışdır. Bu proqramlarda iştirak edənlərin bir çoxu indi öz analitik yazılarını dərc edir, ekspert kimi çıxış edir və mərkəzin işini davam etdirir.
STEM Lab-in analitik materialları – enerji siyasəti və iqtisadi əlaqələrdən təhlükəsizlik və post-münaqişə vəziyyətinə qədər – siyasətçilər, diplomatlar, jurnalistlər və akademik ictimaiyyət üçün etibarlı mənbəyə çevrilmişdir.
Amma dünya daim dəyişir. Qlobal proseslərin sürətlənməsi və Cənubi Qafqaz ilə Xəzər regionunun beynəlxalq gündəmin əsas qovşaqlarından birinə çevrilməsi yeni yanaşmalar tələb edir. Daha dərin təhlil, daha geniş perspektiv və beynəlxalq ekspertlərin fəal iştirakı vacibdir.
Elə buna görə də mərkəz öz fəaliyyətində yeni mərhələyə qədəm qoyur və özünü yeni adla təqdim edir: CASPIA Lab / Strateji Siyasət və Beynəlxalq Münasibətlər Analiz Mərkəzi- CASPIA. Bu yeni mərhələ beynəlxalq ekspert cəmiyyətləri ilə daha sıx əməkdaşlıq, tədqiqatların əhatə dairəsinin genişləndirilməsi, real siyasət qərarlarına təsir edə biləcək tövsiyələrin hazırlanması və daha güclü dialoq platformalarının yaradılmasını nəzərdə tutur.
CASPIA əvvəl ki STEM Lab-ın illərlə yığdığı bütün dəyərləri qoruyur və eyni zamanda daha ambisiyalı layihələr, tərəfdaşlıqlar və intellektual nailiyyətlər üçün yeni imkanlar açır.
Biz əminik ki, qarşıda bizi daha da böyük uğurlar gözləyir! Bizimlə qalın!