Bakı Beynəlxalq Dəniz Limanında həyata keçirilən modernləşdirmə tədbirləri çərçivəsində mühüm infrastruktur yeniliyi reallaşdırılıb. İndiyədək istifadə olunmayan 7-ci körpü texniki potensialı gücləndirilərək ilk dəfə aktiv istismara cəlb olunub.
Yeni körpünün istifadəyə verilməsi limanın əməliyyat imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Xüsusilə, bu addım Bakı Limanının illik yükaşırma gücünün 260 min TEU konteynerə çatdırılmasına mühüm töhfə verəcək. Modernləşdirilmiş körpü daha sürətli və optimallaşdırılmış əməliyyatların həyata keçirilməsinə şərait yaradacaq.
Bu inkişaf Bakı Limanının Orta Dəhliz üzrə əsas logistika qovşaqlarından biri kimi rolunu daha da gücləndirəcək. Yeni imkanlar regionlararası ticarət əlaqələrinin genişlənməsinə və tranzit potensialının artırılmasına xidmət edəcək.